Mingəçevirdə faciə: laqonda ilə qolunu və ayağını kəsdi

Mingəçevirdə faciə: laqonda ilə qolunu və ayağını kəsdi
SOSİAL
11:33 25.11.2018
3320
Mingəçevir şəhər sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

AZXEBER.COM report-a istinadən bildirir ki, evlərdən birində təmir işləri görən 1981-ci il təvəllüdlü Sarıyev Etibar Vahid oğlu laqonda ilə ehtiyatsız davranaraq qolunu və ayağını kəsib.

Xəstəxanaya aparılan yaralı dərhal əməliyyat olunub. Bununla belə vəziyyəti ağır olan şəxsin paytaxt klinikalarından birinə göndərilməsi qərara alınıb.

Bundan əvvəl Şəkidə 70 yaşlı kişi laqonda ilə ayağını kəsib.
OXŞAR XƏBƏRLƏR