Mingəçevirdə fəhlə yataqxanasında yanğın - 4 qadın zəhərləndi

Mingəçevirdə fəhlə yataqxanasında yanğın - 4 qadın zəhərləndi
SOSİAL
17:54 28.06.2018
6828
Mingəçevir şəhərində fəhlə yataqxanasında yanğın olub.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, yanğın Heydər Əliyev prospekti, 88 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mingəçevir Şəhər Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Binanın sakinləri təxliyyə edilib.

Alov söndürülüb və tüstüdən zəhərlənən 4 qadına tibbi yardım göstərilib.

OXŞAR XƏBƏRLƏR