Mingəçevirdə Həmrəylik Günü qeyd edildi

Mingəçevirdə Həmrəylik Günü qeyd edildi
SOSİAL
20:09 28.12.2022
240
Mingəçevirdə İsmət Qayıbov adına 10 saylı məktəbin 3d sinif şagirdləri Dünya azərbaycanlılarının həmrəyliyi və Yeni il münasibəti ilə tədbir keçirib.

Tədbirin fəxri qonaqları şəhid ailə üzvləri və vətən müharibəsi iştirakçıları, həmçinin qazilər idi. Şagirdlərin möhtəşəm çıxışları və səhnə mədəniyyəti gələn qonaqlar tərəfindən alqışlarla qarşılandı. Sonda məktəb rəhbərliyi tərəfindən sinfin rəhbəri Əliyeva Aytən xanıma və şagirdlərə təşəkkür elan olundu.
 
OXŞAR XƏBƏRLƏR