Mingəçevirdə kater sahilə çırpılıb, xəsarət alanlar var

Mingəçevirdə kater sahilə çırpılıb, xəsarət alanlar var
SOSİAL
02:30 25.07.2023
210
Mingəçevirdə kater sahilə çırpılıb, xəsarət alanlar var.

Daxili İşlər Naziriyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a bildirilib ki, dünən axşam saat 21 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Samir Allahverdiyevin idarə etdiyi kater sahilə çırpılıb.

Hadisə nəticəsində katerdə olan 4 sərnişin – Bayram Abbasov, Murad Rzayev, S.Ramazanova və yetkinlik yaşına çatmayan şəxs müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR