Mingəçevirdə körpə əməliyyat zamanı öldü

Mingəçevirdə körpə əməliyyat zamanı öldü
SOSİAL
12:17 22.08.2018
7071
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 2 yaşlı körpə əməliyyat zamanı ölüb.

AZXEBER.COM Report-a istinadən bildirir ki, ölüm hadisəsi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan cərrahiyyə əməliyyatı zamanı baş verib. 

Belə ki, 2016-cı il təvəllüdlü Yevlax rayon sakini Həsənəliyev Ayaz Vüsal oğlu ağır vəziyyətdə əvvəlcə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada uşağı əməliyyat etməkdən imtina ediblər. 

Bundan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən A.Həsənəliyev vəziyyətinin ağırlığı səbəbindən dərhal əməliyyata alınıb. Körpə əməliyyat zamanı bəlli olmayan səbəbdən keçinib. 

Dünyasını dəyişən uşağın meyiti analiz üçün Tibbi-ekspertiza laboratoriyasına aparılıb.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb. 
OXŞAR XƏBƏRLƏR