Mingəçevirdə “Milli Qəhrəman Natiq Qasımovun İgidlik Salnaməsi” mövzusunda tədbir keçirilib

Mingəçevirdə “Milli Qəhrəman Natiq Qasımovun İgidlik Salnaməsi” mövzusunda tədbir keçirilib
SOSİAL
11:05 03.12.2025
234
Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzində "Milli Qəhrəman Natiq Qasımovun İgidlik Salnaməsi” mövzusunda geniş tərbiyəvi-maarifləndirici tədbir təşkil olunub. Tədbirin əsas məqsədi şagirdlərdə vətənpərvərlik duyğularının möhkəmləndirilməsi, milli kimlik ruhunun formalaşdırılması və gənc nəslə qəhrəman Natiq Qasımovun igidliyinin tanıdılması olub.
 
AZXEBER.COM xəbər verir ki, tədbirin açılışını Mingəçevir Şəhər Təhsil Sektorunun müdiri Sevinc Həsənova edib. O, Natiq Qasımov kimi qəhrəmanların həyat yolunun məktəblilər üçün əsl vətənpərvərlik dərsi olduğunu qeyd edib.

Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli sərəncamının əhəmiyyətindən bəhs edərək, Azərbaycanın qəhrəman övladlarının dövlət tərəfindən yüksək qiymətləndirilməsinin gənclərə nümunə olduğunu bildirib.

Daha sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev, YAP Mingəçevir Şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev, Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov və qəhrəmanın döyüş yoldaşı Zahid Kərimov Natiq Qasımovun keçdiyi şərəfli həyat yolundan, döyüşlərdə göstərdiyi igidlik və fədakarlıqdan söz açaraq onun gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu vurğuladılar.

Çıxışlardan sonra qəhrəmanın həyatına həsr olunmuş "Oğul” filmi nümayiş etdirilib. Film iştirakçılarda böyük emosional təsir yaradıb və qəhrəmanın Vətən uğrunda fədakarlığı bir daha vurğulanıb.
Tədbirdə Mingəçevir şəhərinin ictimaiyyət nümayəndələri, Mingəçevir Şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov, MDU-nun rektoru Anar Eminov, ümumitəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, həmin müəssisələrdə çalışan şəhid ailələrinin üzvləri, məktəb psixoloqları, çağırışaqədərki hazırlıq müəllimləri və məktəblilər iştirak ediblər.

Tədbirin sonunda iştirakçılar Milli Qəhrəman Natiq Qasımovun xatirəsini ehtiramla yad edərək onun igidlik salnaməsinin gənc nəslin yaddaşında daim yaşayacağını bildiriblər.

 

 

 

 

 

 

 

 


 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər