Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəhərin 20 Yanvar küçəsində piyadalar üçün müəyyən olunmamış yerdən yolu keçmək istəyən orta yaşlı kişini maşın vurub.
Piyada "Toyota” və "VAZ-2112” markalı maşınların arasında qalaraq əzilib. Ağır xəsarət alan yaralı dərhal xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, yaralının ayağı sınıb, başından və bədəninin digər hissələrindən xəsarətlər alıb.
///Report.az