Mingəçevirdə 'President Cup' başlayır

İDMAN
11:23 07.05.2013
1289

Bu gün Mingəçevirin “Kür” İdman-Sağlamlıq Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş su polosu üzrə “Prezident Cup” beynəlxalq turnir start veriləсək. Xatırladaq ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunacaq yarışda Azərbaycan və Belarus milli yığma komandaları, həmçinin Moskva komandasi və Gürcüstan gənclər arasinda komandalar iştirak edəcək.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, açiliş merasimi saat 18:00-da olacaq, sonra saat 19:00-da, Azərbaycan yığması birinci turda Belarus komandası ilə görüşəcək.

Turnirin cədvəli:

7 may

Aerbaycan – Belarus

Moskva – Gürcüstan

8 may

Azerbaycan – Gürcüstan

Belarus – Moskva

9 may

Azerbaycan – Moskva

Gürcüstan - Belarus

Qeyd edək ki, qaliblər və mükafatçılar isə Azərbaycan Üzgüçülük Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən medallar, fəxri diplomlar və hədiyyələr əldə edəclər.

OXŞAR XƏBƏRLƏR