Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlandı

Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlandı
SOSİAL
18:37 02.12.2023
247
Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Bildirilib ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının müvafiq şöbəsində qızılca diaqnozu qoyulan və digər ağırlaşmalarla müşahidə olunan dörd nəfərin müalicəsi davam etdirilir:

"Onlara zəruri tibbi xidmətlər göstərilir, vəziyyətləri orta ağırdır”.
Xatırladaq ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb:
Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub. 
OXŞAR XƏBƏRLƏR