Mingəçevirdə xiyar pulu üstdə mübahisə: satıcı bıçaqlandı

Mingəçevirdə xiyar pulu üstdə mübahisə: satıcı bıçaqlandı
SOSİAL
12:36 23.08.2018
6191
Mingəçevir şəhərində bazarda satıcını bıçaqlayan şəxs tutulub.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Samir Vaqif oğlu Musayevi bıçaqlayan Yevlax rayonunun Bəydilli kənd sakini Nemət Kərimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Qeyd edək ki, hadisə avqustun 23-də baş verib. N.Kərimov bazarda xiyarın topdansatışı ilə məşğul olur və mütəmadi olaraq Mingəçevirdə müştəriləri bu məhsulla təmin edir. Hadisə də alqı-satqı məsələləri, məhsulun pulunun toplanılmasında yaranan anlaşılmazlıq və məhsulun keyfiyyəti ilə qiyməti arasında yaranan mübahisə olub.
OXŞAR XƏBƏRLƏR