BAKU AZƏRBAYCAN
12°C
euro 1.8594
dollar 1.7000
rubl 0.0215
lirə 0.2534

Mingəçevirdə xüsusi əməliyyat - Silahlı müqavimət göstərən şəxs məhv edildi

Mingəçevirdə xüsusi əməliyyat - Silahlı müqavimət göstərən şəxs məhv edildi
SOSİAL
13:16 27.02.2020
1806
Mingəçevirdə xüsusi əməliyyat - Silahlı müqavimət göstərən şəxs məhv edildi" />
Mingəçevir şəhərində polisə müqavimət göstərən şəxs zərərsizləşdirilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a daxil olan birgə məlumata görə, bu il yanvarın 11-də Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Ağayev paytaxtın Sabunçu rayonu ərazisində əhalinin sıx toplaşdığı ictimai yerdə üzərində qanunsuz gəzdirdiyi odlu silahdan xuliqanlıq zəminində havaya 3 dəfə atəş açaraq hadisə yerindən qaçıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılaraq A.Ağayev barəsində axtarış elan olunub.

Fevralın 26-da onun Mingəçevir şəhərindəki gizləndiyi ünvan müəyyən edilib və saxlanılaraq istintaqa cəlb edilməsi məqsədi ilə xüsusi əməliyyat tədbiri keçirilib. Polis əməkdaşlarının təslim olma barədə etdiyi xəbərdarlığa baxmayaraq A.Ağayev silahlı müqavimət göstərməklə onların və ətrafdakı insanların həyat və sağlamlıqları üçün böyük təhlükə yaradıb. Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbiri ilə Anar Ağayev məhv edilib.

Meyitin üzərinə və yaşadığı evə keçirilmiş baxış zamanı 1 ədəd "PSM” markalı tapança, ona aid səsboğucu, 6 ədəd patron, 1 ədəd "RQD-5” əl qumbarası və 1 ədəd qaz tapançası aşkar olunaraq götürülüb.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda müvafiq araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:27 02.04.2020

DİN: Maska taxmayanlar qaydanı pozmuş sayılır

12:18 02.04.2020

Qərargah: Son günlər koronavirusa yoluxma ilə bağlı rəqəmlər 10-20 nəfər artır

12:11 02.04.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatdı

12:09 02.04.2020

İbrahim Məmmədov: “Prezident əhaliyə dəyən zərərin minimallaşdırılması üçün tapşırıq verib”

12:08 02.04.2020

İbrahim Məmmədov: “Vətəndaşların icazə ilə çölə çıxmasına dair sənəd hazırlanır”

11:50 02.04.2020

TƏBİB-in şöbə müdiri: "Xəstəlikdən qorunma yolu hər bir şəxsin özünü izolyasiya etməsidir"

11:45 02.04.2020

Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlandı

11:28 02.04.2020

Azərbaycanda spirtdən zəhərlənən 4 nəfər öldü

11:13 02.04.2020

DYP: Karantin dövründə 16 mindən çox nəqliyyat vasitəsi postlardan geri qaytarılıb

10:56 02.04.2020

Astarada narkotacir saxlanıldı: Evindən dörd kiloqramdan artıq narkotik çıxdı

10:46 02.04.2020

Karantin qaydalarını pozan 12 sürücü həbs olundu, 1 243 nəfər cərimələndi

10:36 02.04.2020

Şakir Rəhimov: Dövlətimiz pandemiyanın təsirini azaltmaq üçün zəruri tədbirlər görür.

10:18 02.04.2020

Prezident Sahib Ələkbərovu yeni vəzifəyə təyin etdi

10:15 02.04.2020

Dövlət Statistika Komitəsi sahibkarlara müraciət etdi

10:12 02.04.2020

Karantin boyu polis vətəndaşları elektron cihazlar vasitəsilə izləyəcək

23:49 01.04.2020

ÜST: Koronavirusa yoluxanların sayı 823 min nəfəri ötdü