xari

Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs olundu

SOSİAL
18:02 16.01.2021
457
Mingəçevirdə xüsusi karantin qaydalarını pozaraq, Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhərin giriş hissəsində qurulan karantin postunda xidmət aparan polis əməkdaşları "Mercedes” markalı mikroavtobusu yoxlayan zaman sürücü, Mingəçevir şəhər sakini Ramin Həsənovun karantin qaydalarını pozaraq, Bakı şəhərinə sərnişin daşımağa cəhd etdiyini aşkarlayıblar.

Həmin şəxs polis şöbəsinə gətirilib və onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə R.Həsənov səkkiz gün müddətinə inzibati qaydada həbs olunub.

OXŞAR XƏBƏRLƏR