"Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Heydər Əliyev olub"

"Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Heydər Əliyev olub"
SİYASƏT
11:48 15.02.2023
762
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 13 fevral tarixində Bakıda "Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı bildirib ki, "Ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq.2025-ci ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı olacaq.
Bu, çox əlamətdar hadisə olmaqla bərabər, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Mingəçevir hazırda elektroenergetika sahəsində əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.
Hazırda hər bir ölkə üçün enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti daha da artır. Azərbaycanın reallığa çevirdiyi enerji layihələrini, Avropanın enerji təhlükəsizliyinə davamlı töhfələrini nəzərə alsaq, bu gün ölkəmizin dünya üçün önəmi, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyi özünü daha aydın şəkildə nümayiş etdirəcək. 
Mingəçeviri nəinki, Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində - daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.
Təməlqoyma Mərasimində çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. Halbuki o vaxt Bakıda və Azərbaycanın müxtəlif yerlərində yaşamış insanlar yaxşı xatırlayırlar ki, o dövrdə hətta elektrik enerjisi kəsilirdi, kəsir var idi, özümüzü təmin edə bilmirdik. Amma buna baxmayaraq, əsas yükü o zaman məhz Mingəçevir Elektrik Stansiyası öz üzərinə götürmüşdür.
Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir dahabəlli oldu. Çünki o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da atəşə tutulmuşdur. Döyüş meydanında məğlub olan Ermənistan məhz Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyirdi. Ancaq buna nail ola bilmədi.
Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya əlbəttə ki, bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.
Son illər ölkəmizdə elektroenergetika sahəsi çox sürətlə inkişaf edir. Təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, son 20 ildə Azərbaycanda 34 elektrik stansiyası inşa edilib ki, onların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Yeni stansiyanın 2025-ci ildə açılışının hədəflənməsi də ölkəmizin bu sahədə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. 
İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri də məhz elektroenergetika sahəsindən başlandı: "Cənab İlham Əliyev yeni stansiyanın təməlqoyma mərasimində bu rəqəmləri açıqladı ki, tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrdə Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəm ilin sonuna qədər 200 meqavata çatdırılacaq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, həmin bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın.
Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Ümummilli Lider Heydər Əliyevin hər bir ölkənin iqtisadi tərəqqisində önə çəkdiyi səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması kimi amillər bu gün də enerji siyasətimizin əsasında dayanır.



Naftalan şəhər sakini İbadət Quliyev

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
00:13 16.03.2025
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
23:59 15.03.2025
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
Latakiyada güclü partlayış baş verib, ölənlər var
23:51 15.03.2025
Latakiyada güclü partlayış baş verib, ölənlər var
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
23:35 15.03.2025
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
23:20 15.03.2025
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
22:54 15.03.2025
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
22:34 15.03.2025
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
22:09 15.03.2025
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
21:32 15.03.2025
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
21:21 15.03.2025
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
21:05 15.03.2025
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
20:41 15.03.2025
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
20:26 15.03.2025
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
20:13 15.03.2025
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü
20:01 15.03.2025
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü
Gədəbəydə meşə yanıb
19:49 15.03.2025
Gədəbəydə meşə yanıb