Minifutbol üzrə növbəti Avropa çempionatının yeri müəyyənləşdi

İDMAN
15:59 19.11.2023
173
Minifutbol üzrə növbəti Avropa çempionatının yeri müəyyənləşib.
 
Qitə birinciliyi 2024-cü ildə Bosniya və Herseqovinada təşkil olunacaq.

Paytaxt Sarayevoda keçiriləcək turnir 1-9 iyun tarixlərində olacaq.

Qeyd edək ki, 2022-ci ildə Slovakiyada keçirilən son Avropa çempionatının qalibi Azərbaycan millisidir.

OXŞAR XƏBƏRLƏR