AZXEBER.COM xəbər verir ki, hadisə Qazax-Əskipara avtomobil yolunda qeydə alınıb.
Belə ki, minik avtomobili hərəkətdə olan "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik maşınının sürücüsü - Yuxarı Əskipara kənd sakini, 1971-ci il təvəllüdlü Məzahir İbrahimxəlilov aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həlak olub.
Faktla bağlı araşdırma aparılır.
/Oxu.az










































