Günlərdir Qəzzanı bombalayan İsrailin gələn həftə qurudan Qəzzaya daxil olmağı planlaşdırdığı bildirilib.
AZXEBER.COM xəbər verir ki, mütəxəssislərin fikrincə, bu miqyasda əməliyyat çox risklidir, lakin İsrailin başqa seçimi yoxdur.
HƏMAS-ın qanlı basqınından sonra Qəzzaya bomba yağdıran İsrailin fələstinli qruplara daha sərt cavab verməyə hazırlaşdığı və ilk sırada "quru əməliyyatı” variantının olduğu bildirilib.
İsrailin baş naziri Benyamin Netanyahu dünən fövqəladə hökumət qurmaq üçün müxalifətlə razılığa gəlib. Yeni "müharibə kabineti”ndə olan keçmiş Baş Qərargah rəisi Benny Gantz və müdafiə naziri Yoav Gallant Netanyahu ilə xalqa müraciətində düşmənə lazımi cavabı verəcəklərini bildiriblər.
Ayşən