Minlərlə ev işıqsız qalıb

DÜNYA
13:12 25.08.2015
1229

Yaponiyada baş verən qasırğa 300 min evi işıqsız qoyub.

Yaponiyada baş verən qasırğa nəticəsində 300 min ev işıqsız qalıb, 200-ə yaxın təyyarə reysi təxirə salınıb.

Yaponiyanın cənubunda baş verən güclü "Goni" qasırğası nəticəsində 300 min ev işıqsız qalıb, 200-ə yaxın təyyarə reysi təxirə salınıb. Yaponiya KİV-nin məlumatına əsasən, qasırğa ölkənin Yamaquti əyalətindən qərbə -Honsyü adalarının cənubuna doğru irəliləyir.

Yaponiyanın Okinava əyalətində İsiqaki  adasında baş verən güclü tayfun avqustun ötən gündən etibarən davam edir. Gecə saatlarında Okinava əyalətinin yerləşdiyi İsiqaki adasında isə saniyədə 71 metr olmaqla rekord sürət qeydə alınıb. Hadisə nəticəsində 8 nəfər zərər çəkib. Fəlakət zamanı bir sıra avtomobil və evlərə də ziyan dəyib. Meteoroloqlar hələ bundan sonra da qasırğanın dalğasının yüksək olacağını bildirərək, ada sakinlərini dənizə çıxmamağa çağırıblar. Mütəxəssislər bildirib ki, davamlı və güclü yağış nəticəsində sel yarana bilər. Küləyin sürəti saniyədə 35 metr, bəzi hallarda isə 50 metrə çatıb.

//anaspress.com

OXŞAR XƏBƏRLƏR