Birləşmiş Millətlər Təşkilatı (BMT) Liviyada minlərlə insanın həyatına son qoyan sel fəlakətindən sonra yardım çağırıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) tərəfindən açıqlama verilib.
Yeni qiymətləndirməyə görə, bölgə əhalisinin daşqından sonra təcili olaraq yaşayış yeri, qorunma, su və gigiyena təchizatı və səhiyyə xidmətlərinə ehtiyacı olduğu müəyyən edilib və artıq 42 min insanın məcburi köçkün vəziyyətinə düşdüyü qeyd edilib.
Gülay