Minlərlə insan Rəfahdan qaçır

Minlərlə insan Rəfahdan qaçır
DÜNYA
12:11 10.05.2024
154
Qəzzada baş verən faciənin arealı gündən-günə artır.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin bəyanatına görə, İsrailin hücumlarını gücləndirdiyi üçün son təhlükəsiz sığınacaq olaraq görülən Rəfahı təxminən 110 min fələstinli tərk edib.

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyindən (UNRWA) verilən açıqlamada, İsrail ordusunun hücumlarını gücləndirməsi səbəbindən məcburi köçkünlərin davam etdiyi bildirilib.

Açıqlamada "UNRWA-nın təxminlərinə görə, təxminən 110 min adam təhlükəsizlik axtarışında Rəfahı tərk edib. Bununla belə, Qəzzada heç bir yer təhlükəsiz deyil və yaşayış şəraiti çox pisdir. Tək ümid dərhal atəşkəsdir", deyə bəyanatlar daxil edilib.
 
İsrailin 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumları səbəbindən təxminən 2,3 milyon əhalisi olan Qəzza zolağında 1,9 milyon insan didərgin düşüb. Bu fələstinlilərin əksəriyyəti İsrailin daha əvvəl "təhlükəsiz zona” elan etdiyi Rəfah şəhərinə sığınıb.

Qəzza zolağının ən cənub hissəsində, Misirlə sərhəddə yerləşən Rəfahın əhalisi İsrailin hücumlarından əvvəl 280 min idisə, hazırda 5 dəfədən çox artaraq, demək olar ki, 1,5 milyona çatıb.

İsrailin hücumlarından qaçaraq kifayət qədər yaşayış yerinin olmadığı və infrastrukturun qeyri-kafi olduğu Rəfahda sığınan fələstinlilərin çoxu müvəqqəti çadırlardan ibarət düşərgələrdə həyatda qalmaq üçün mübarizə aparır.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 944-ü uşaq, 9 min 849-u qadın olmaqla 34 min 904 fələstinli həlak olub, 78 min 514 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını istəyib və mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçdiyini açıqlayıb. Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR