Minlərlə insan xəstə qızın eyvanının altına yığışıb mahnı oxudu - VİDEO

DÜNYA
16:58 23.12.2013
1217
ABŞ-ın Pensilvaniya ştatının gənc sakini olan və leykemiyanın ağır və nadir növündən əziyyət çəkən qızcığaz üçün Milad bayramı bir qədər tez gəlib.
AZXEBER.COM-un Vesti-yə istinadən verdiyi xəbərə görə, səkkiz yaşlı qız onkoloji xəstəliyə tutulduğundan, kilsədə oxunacaq Milad nəğmələrini eşitməyi həddindən artıq çox istədiyini, lakin xəstəliyinin oraya getməyə imkan vermədiyini dilə gətirib.
Ona görə də, ştat sakinləri qızcığazın evinin qarşısına toplaşaraq, həmin nəğmələri özləri canlı şəkildə onun üçün ifa ediblər. 5-10 min adam küçələrə axışaraq, qızın arzusunu yerinə yetirməyə tələsib.
Dileni Braunun yaşadığı Uest-Reddinq şəhərciyinin əhalisi 4 mindən bir qədər artıq olduğundan, qızın evinin yanındakı küçələr nəqliyyat üçün tamamilə qapadılıb.
Onun evinin qarşısına toplaşanlar Dileni üçün ən şən və maraqlı Milad mahnılarını – Jingle Bells və Joy to the World -i ifa ediblər.
Qızcığaz bu bənzərsiz hədiyyə üçün toplaşanlara özünün Facebook səhifəsində təşəkkürünü bildirib.
“İndi mən sizi eşidirəm! Hər birinizi çox sevirəm” – Dileni statusda belə yazıb.

OXŞAR XƏBƏRLƏR