AZXEBER.COM xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, 28–31 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1 467 namizəd uğur qazanaraq müddətli əmək müqaviləsi ilə çalışmaq imkanı əldə edib.
"Müddətli əmək müqaviləsi ilə vakansiya seçimində uğur qazanan namizədlər 10 sentyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Təqdim edilməli sənədlər:
• şəxsiyyəti təsdiq edən sənədin surəti;
• ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti;
• əmək kitabçasının əsli (olduğu təqdirdə);
• 3x4 formatında 4 ədəd fotoşəkil;
• sağlamlıq haqqında arayış;
• kadrlar uçotunun şəxsi vərəqəsi;
• şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış.
Nəzərinizə çatdırırıq ki, çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşdiriləcək.











































