"Miqrantlar və pedofillər edam olunsunlar" - Rusiyalı deputat
SİYASƏT
13:29 21.11.2013
1358
Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından (LDPR) olan deputatı Roman Xudyakov ölüm hökmünü miqrantlar, pedofillər və bir neçə qətl törətmiş şəxslər üçün bərpa etməyi təklif edir.Xudyakov bununla bağlı xüsusi qanun layihəsi də hazırlayıb.Deputat hesab edir ki, Rusiya ərazisində ağır cinayətlər törətmiş miqrantlar barəsində ölüm hökmü çıxarılmalıdır. Əks təqdirdə "xaricdən gələn cinayətkarların" qarşısını almaq mümkün olmayacaq.(Milli.az)