Miqrasiya Xidmətinin rəisi özünə bahalı avtomobil alıb ? - DMX məsələyə münasibət bildirdi

Miqrasiya Xidmətinin rəisi özünə bahalı avtomobil alıb ? - DMX məsələyə münasibət bildirdi
SOSİAL
14:21 08.07.2019
6778

Dövlət Miqrasiya Xidməti (DMX) Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynova 166 min manatlıq xidməti avtomobil alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

AZXEBER.COM-un məlumatına görə, DMX-nin İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərli "Report"un sorğusuna cavab olaraq bildirib ki, xidmət rəisi Vüsal Hüseynovun bahalı avtomobil alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "Dövlət Miqrasiya Xidmətinin rəisinin xidməti avtomobili 13 il əvvəl alınıb, 3 il əvvəl isə istismar müddəti bitib. Amma buna baxmayaraq, hələ ki, yeni avtomobil alınmayıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə DMX rəisi Vüsal Hüseynovun iyunun 28-də 166 min 356 manat 40 qəpik məbləğində "BMW" markalı xidməti avtomobil alması ilə bağlı məlumatlar yayılıb.

Eyni zamanda, iyunun 28-də dövlətin rəsmi mətbuat orqanı olan "Respublika” qəzetində Dövlət Miqrasiya Xidmətinin tələbatına uyğun minik avtomobilinin satınalınması üzrə iyunun 7-də keçirilən tenderin nəticəsi dərc olunub. Elanda qeyd olunub ki, açıq tenderin nəticələrinə əsasən, "İMPROTEX MOTORS” MMC-nin qalib müəyyən edilib və müvafiq satınalma müqavilələri bağlanılıb. 

 

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb