22:41 Cümə Axşamı, 14 Noyabr 2019
SOSİAL

Mir Şahin: “Polislər ən sivil Avropa asayiş keşikçilərinin belə həsəd aparacağı tərzdə peşəkar davranırdılar”

01:37, 10.10.201910715
Mir Şahin: “Polislər ən sivil Avropa asayiş keşikçilərinin belə həsəd aparacağı tərzdə peşəkar davranırdılar”
REAL Təhlil və İnformasiya Mərkəzində Mir Şahin vaxtıdır. Salam, bir qayda olaraq həftənin bazar günü görüşürük. Amma oktyabr ayının 8-də Bakıda elə bir hadisə baş verdi ki, həftənin sonunu gözləmək istəmədim. Özünü Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası adlandıran qrupların paytaxtda, özü də şəhər icra hakimiyyəti binasının böyür-başında keçirmək istədikləri nəzəri piket, amma sonda keçirdikləri əməli aksiyadan danışacıyıq. Əvvəlcə onu deyim ki, piketin keçirilməsinin təşkilatçlığında bəzi ciddi məsələlərin gizlədilməsi, həm özününkülərə, həm də rəsmi qurumlara, illah da xalqa doğru deyilməməsi faktları var. Qaragüruhun fəaliyyəti, proqram setkası ilə tanış olanlar bilir ki, Məhsul tədarükünə öyrəşən bu adamlara öz yolunu Qaradağ rayonu, Lökbatandakı stadiona salmaq tövsiyə ediləndən sonra Əli Kərimli və güruhu oktyabrın 8-də Bakı Şəhər icra hakimiyyətinin binası qarşısında piket keçirəcəyini elan etdilər. Diqqət! Milli Şura, AXCP və sair p-lər öz sevimli qara güruhlarına vacib bir xəbəri çatdırmaqdan yayınmışdılar. Öz siyasi kontingentinin qeyri-rəsmi videoəlavəsinə çevirdiyi Osmanqızı telekanalından az qala hər gün müraciət edən Əli Kərimli, onun Müsavatdakı fövqəladi və hələ ki, səlahiyyətsiz nümayəndəsi Tofiq Yaqublu bircə dəfə də olsun dilinə gətirmədi ki, "bəyciklər və gəlinciklər! Biz piket keçirmək üçün Bakı şəhər icra hakimiyyətinə müraciət etmişik və icazə alacağımızı da bilirik”. Amma bu məlumat güruhdan gizlədildi. Ta rəsmi qurumlar bu xəbəri yayanadək. Bakı şəhər icra hakimiyyəti Milli Şura, AXCP və başqa p-lərin müraciətinə baxıb razılıq verdi ki, gəlin etiraz edin. Etiraz edin ki, sərbəst toplaşmaq haqlarınız pozulur. Məsələnin bu tərəfinə bir qədər sonra qayıdacağıq. Deməli, Bakı İcra hakimiyyəti maraqlı bir sirrin üstünü açdı. Məlum oldu ki, "Bunu Əliyev hakimiyyəti özü istədi, icazəsiz piket keçirəcəyik, nəyin bahasına olursa-olsun, Sizə sərbəst toplaşmaq haqqınızı qaytaracağıq, öldü var, döndü yoxdur”, "söhbət kifayət qədər riskli aksiyadan gedir. Hər şey ola bilər, həbsə girməkdən, repressiyadan qorxmuruq! Amma bu missiyanı hələ ki, hamı yox AXCP öz üzərinə götürür. Gəlib baxa bilərsiniz, amma zərbəni öz üzərinə götürəcək əsas qüvvə yenə də cəbhə fədakarlarıdır və sair və ilaxır- kimi çağırışlar, şüarlar səsləndirən güruhbaşı Əli, güruhayağı Yaqublu və başqa qarışıq vücud əzaları birdən-birə fakt qarşısında qaldılar. Güruh nə qədər qara olsa da, beyni barmaq dişləməyə təhrik edən bir-iki hüceyrəsi işlədi və aydın oldu ki, onların qabaqda gedən əncirliləri şirəyə gedirmişlər. Və Əli Kərimli, onun bəydadaşları, gəlin bacıları da heç demə rəsmi qurumlara icazə üçün məktub yazıblarmış. Heç demə heç demə də. Onlar da deməyiblər. Amma əvəzində icazə də alıblar. Bunlar icazə almaqlarında olsun, sadədil güruh da öz aləmində mənəvi gimnastika, ruh bərkitmə məşğələlərində 8 oktyabr toqquşmasına hazırlaşmaqda. Biz isə sizə deyək ki, Əli Kərimli və yaxın ətrafının icazəli aksiyanı icazəsiz aksiya kimi təqdim etməkdə məqsədi nə idi? Sualın cavabı çox sadədir. Əgər güruh bu məlumatla tanış olsaydı, o zaman sual verməliydi axı, Kərimli bəy cənabı, axı Baksovet bizə icazə verirsə ki, gəlin bizim binanın qarşısında, deyin ki sərbəst toplaşmaq haqqımız pozulur, bir təhər çıxır axı. Şəhərin düz mərkəzində, piket keçirib bar-bar bağıracağıqsa sərbəst toplaşmağa qoymursuz bizi, onda bizim orda nümayiş etdirəcəyimiz kütləvi tərtibat səhnəsinin adı nə olacaq? Və Əli Kərimli də bu sualın cavabını bilmədiyindən, amma sualı ən azı bildiyindən bu barədə danışmadı. Bir dəfə də. Nə o, nə də onun Müsavatdakı nümayəndəsi Yaqublu toxundu bu məsələyə. Qara güruh özü də o qədər marağında olmadı ki, soruşsun. Çünki, baş başqa şeylərə qarışdı. Piketə gələcəyik bir qədər sonra. Amma piketə aparan yolda bir az dayanaq. Milli Şura Gəlmiş bülbüllər bu aksiyanı, piketi nə üçün zəruri hesab edirdilər? Ona görə ki, hakimiyyət onlara mitinq üçün Məhsul stadionunu yox, Lökbatan meydançasını təklif etmişdi. Osman qızının kanalında Əmirhüseynin oğlu bu meydana getməmələrinin səbəbini belə izah edir: "O Lökbatanda mitinq üçün ayrılan yeri heç kim ciddi qəbul eləməsin. Ora praktik olaraq mümkün deyil ki, nəinki 20-30 min heç 3 min, 5 min adamın ora getmək imkanları yoxdur". İndi isə REAL olaraq o meydana baxaq. Doğrudanmı o meydanın ağacları, bar gətirməz ucları. Və əkil bəkillər doğrudanmı çəpər çəkib yol aşa və qızılgülə dolaşa bilərdilər. Yoxsa bu bəkillər, bəy killər, sadəcə Əkildilər və ya əkildilər, aradan çıxdılar!!? "Bura Lökbatan qəsəbəsində Neftçi idman klubunun Qaradağ Təlim Məşq mərkəzidir. Mərkəzin ümumi ərazisi 4,5 hektar, meydança və ətrafı isə 1 hektar təşkil edir. Qeyd edim ki, burada indiyə qədər bir neçə kütləvi tədbir keçirilib və təxminən 20 min adam tutumludur. Burada 2 sanitar qovşaq var. Elektrik enerjisi və su ilə təminatda heç bir fasilə yoxdur. Mərkəzin rəhbərliyinin narahatlığı budur ki, burada mitinq keçirilsə süni ot örtüyünə, eləcə də infrastruktura ziyan dəyə bilər. Narahatlıq yalnız bundan ibarətdir. Bundan başqa heç bir problem yoxdur. Bura Lökbatan qəsəbəsinin mərkəzidir. Qaradağ Rayon İcra Hakimiyyəti, Qaradağ Rayon Prokurorluğu, Rayon polis şöbəsi təxminən 200-300 metr məsafədə yerləşir". Deməli, məsələ heç də qızılgülə dolaşmaqda, filanda deyil. Məsələ yaxşı və ya pis rəqqas olmaqdadır. İş orasındadır ki, 10 milyonluq xalq bizim ardımızca gəlməyə hazırdır!” deyə 50-minlik, 100 minlik meydan tələb edən AXCP və başqa p-lər Lökbatana arxalarıyca heç min adam belə apara bilməyəcəklərini yaxşı bilirdilər. Və bunu mən demirəm. Buyurun. Məmməd İbrahim. AXCP sədrinin müşaviri. Qurumun Nərimanov şöbəsinin koordinatoru. Özü də Əli Kərimlinin gözü ilə od görüb, kirpiyi ilə köz götürən silahdaşlarındandır. 2015-i ilin sentyabr ayının 30-da xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Yəni ağzı belə işlərdə yanıb və buna görə də qaragüruhun nigaranlığını, lök batan yerlərinin ağrısının səbəblərini loru dildə, güruh anlayan qara dildə aydın izah edir. "Bizim qərarımız var. 4-cü gün piket keçirəcəyik. Ya İcra Hakimiyyətinin qabağında, ya prezident aparatının qabağında. Gələn gəlsin. Qorxan qorxsun. Bizim işimiz budur. Ona görə deyirən köhnədən gələn, təzədən gələn. Bizim bu işdə təcrübəmiz var. Dünən gələn adam bilmir bu nə deməkdir, nə üçündür?Biz bilmişik haralara gedəndə nədir. Qurtarın, heç kim gəlkməyəcək Lökbatana, heç kim gəlməyəcək Lökbatana. "Dvatsatı"ya gəlmirdilər. "Dvatsatı"ya biz 2 min - 3min adam yığırdıq. Ən çox yığdığılmız "Dvatsatı" kimi yaxın yerə 2-3 min adam olub lap belə şeylə. 20-ci sahədən uzadı Lökbatan. "Dvatsatı"ya 2 min adam gəldi, biyabr olduq, biyabr olduq. Əl çək bu Lökbatandan Mikayıl bəy, əl çək bu Lökbatandan". Deməli, məsələ hakimiyyətin kiminsə sərbəst toplaşmaq haqqına mane olmasından getmir. Məmməd İbrahimə başqa əlavəm yoxdur. Adam hər şeyi, ya da əsasən hər şeyi deyir. Fikir verirsinizsə, biz hələlik qarqgüruhun, onun liderlərinin yalnız uydurmalarını təkzib etməklə məşğul oluruq. Başqa vaxt, başqa ölkələrdə müxalifət-iqtidar münasibətlərini izah edən mənimlı yaşıd təhlilçilər konsepsiyaların paralelini aparır, cəmiyyətin inkişafı üçün təklif etdikləri yolları müqayisə edir, bir sözlə ehtiyat təkərin etibarlılığı üzərində həm baş sındırır, həm də müxalifətə gələcək iqtidar kimi yanaşmaqla onunla vətəndaş arasında bir təmas zonası yaradırlar. Yəni vətəndaş öz gələcək iqtidarını tanısın, seçici kimi onun düşüncə, zəka baqajına bələd olsun. Biz isə hələ ki belə bir lyuksa malik deyilik. Azərbaycanda beyin müxalifəti yoxdur. Əzələ müxalifəti var. Daha doğrusu əzələ müxalifəti olmaq iddiası var. Və fürsət gözləyir ki, yenə o bağ olaydı, yenə o metro sahil, qırılaydıq o bağdan, o zəncirdən, bankomatlar qıraydıq, asfaltlar doğrayadıq, qısası dəli, məcnun olub düşəydik çöllərə və sair və ilaxır... Və beləliklə, öz şişirdilmiş məhsullarını aparıb Lökbatana çıxara bilməyənlərin qeyri-rəsmi, icazəsiz, amma rəsmən icazəli aksiyası-piket baş tutdu. Və bu tutmanın turşu-qələvisi bir az bol oldu. Nəyi nəzərdə tuturam. Əvvəla, Bakı şəhər icra hakimiyyətinin cəmi bir şöbəsi əzələ müxalifəti və ya qara güruhbaşılara asanlıqla qalib gəldi. Artıq ikinci dəfə. Birinci məğlubiyyət Lökbatan meydançasına icazə verilməsi idi ki, bunu nə güruh, nə də onun başı gözləyirdi. Düşdüyü ağır məğlub halını kütlə qarşısında reanimasiya etmək istəyən əzələ müxalifəti öz aləmində Bakı hakimiyyətini guya pat vəziyyətinə salmaq istədi. Milli Şura mitinqin keçirilməsi üçün 3 yer təklif etdi: "28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov adına stadionun girişindəki meydan və Nərimanov parkının qarşısındakı meydan. Və əvvəlcədən əmin idilər ki, bu müraciətin cavabı müsbət olmayacaq. Bayaq qeyd etdiyimiz kimi, altdan-altdan Bakı rəhbərliyinə müraciət göndərdi ki, icra hakimiyyətinin qarşısında piketə icazə versin. Təbii ki, təklif etdikləri meydanlara icazə ala bilməyən QARAGÜRUH 100 faiz əmin idi ki, icazəsiz aksiya baş tutmayacaq. Onun buna nə gücü nə də təşkilatçılığı var. Olsa-olsa Fuad Qəhrəmanlı kimi avanqardın gücü evdə ancaq arvadına külqabı tolazlamağa və ya qızının dizini qırmağa çatar. Amma Bakı rəhbərliyi Milli Şuranın gözləmədiyi halda icazə verdi. Beləliklə qaragüruh bütün mahiyyətilə meydana çıxdı. Birincisi, Bakı Şəhər icra hakimiyyəti və asayişi qoruyan qüvvələrin intizamı və səliqəsi, nəzakəti fonunda piketə gələnlər çox pinti və sahmansız göründülər. Məhəmməd Əmin Rəsulzadənin İstiqlal qazanmağa qadir etdiyi Milli Şura adından yalnız adı oğurlamağa ağılları və savadları çatan, onu solğun, başıpozuq, didərgin bir piket səviyyəsinə endirən güruhbaşılar 50 nəfəri belə idarə edə bilmədiklərini əyani şəkildə ortaya qoydular. Yəni əslində idealı o olardı ki, Milli Şura Bakı hakimiyyəti rayonunda keçirəcəyi piketdə iştirak etməli olan 50 nəfərin siyahısını tutur. Onların bir-bir ad və soyadlarını elan edir. Adı siyahıda olmayan bir nəfəri belə o əraziyə buraxmır. Belə bir fakt olarsa tənbeh edir. Qətnamənin mətnini hazırlayır. Normal işləyən mikrofonla mətni oxuyur. 1 saatın tamamında isə onun üçün ayrılmış ərazini tərk edir və gedir qətnamədə irəli sürdüyü tələblərin yerinə yetirilməsini gözləməyə. Bəs burda nə baş verirdi? Biri kişilərin qaşlarını aldırmasında ölkə rəhbərliyini qınayırdı. Digəri mənim torpaqlarımı niyə almırsız deyə mühafizə polisini ittiham edirdi. Başqası sadəcə qarğış tökürdü. Polis əməkdaşları isə ən sivil Avropa asayiş keşikçilərini belə həsəd aparacağı tərzdə peşəkar davranırdılar. Baxın. Bu epizodda torpaqların işğaldan azad edilməsini tələb etdiyi polis əməkdaşı olduqca əsəbi yaşlı kişinin yanındadır. Bu epizod isə bayaq qarğış tökən, lənətlər yağdıran qadına polis yanaşmasıdır. Ümumiyyətlə, polisin piketdə yol verilən təxribatlara qarşı soyuqqanlı davranışı, pozucularla peşəkar rəftarı xüsusi qeyd olunmalıdır. Çünki biz belə mənzərələrin də şahidi olmuşuq. Azərbaycana insan haqları ayələri nazil edən Avropa Şurasının yerləşdiyi Fransanın polisi ilə müqayisə edək. Biz heç nə deməyəcəyik. Kadrlar özləri hər şeyi deyir. Əlbəttə Azərbaycanın paytaxtının, paytaxtın da paytaxtının iki saata yaxın narahatlığa bulaşdırılması, adi sakin həyatını yaşayan vətəndaşların müəyyən siyasi qrup və firqə iddialarının ərköyünlüyünün altını çəkməsi yəqin ki, Bakını dünyanın, Avropanın ən gözəl şəhərinə çevirmədi. Tutaq ki, 7 oktyabrda Bakının ən gözəl hissəsində gəzib dolaşan, selfi çəkdirən əcnəbi turist bu gözlənilməz dramatik mənzərəni anlamayacaq. Ona görə ki, belə bir piket onun şahidi olduğu sabit, arxayın, dinamik həyat yaşayan Bakı üçün heç səciyyəvi deyil. Milli şura bir daha göstərdi ki, onun ciddi mənəvi problemləri var. Əvvəla güruhbaşıların aksiyaya gəlməməsi onların kütlədən istifadə edib tullamaq xasiyyətinin dəyişmədiyini daha bir dəfə nümayiş etdirdi. Xalq Cəbhəsi Partiyasınını 60 yaşlı veteranı Dilarə Miriyeva elə məhz bu istifadə olunub atılmadan narazı qaldığını elan etmişdi. Əli Kərimlinin korporativ davranışını, iş və idarəçilik üsulunu kəskin tənqid edərək onu istefaya çağıran AXCP nəzarət təftiş komissiyasının rəhbəri Aydın Əliyevin çıxışında ciddi, düşündürücü arqumentlər var ki, təkcə bir firqənin, məhdud siyasi kontingentin problemi sayılmamalıdır. Əlbəttə, Azərbaycan demokratik, hüquqi dövlət kimi hər bir siyasi düşüncə daşıyıcısının sərbəst fəaliyyət göstərməsi üçün rahat platformalar təqdim etməli, plürailst cəmiyyətin bütün göstəricilərini əxz etməklə, müsəlman respublikaları üçün dünyəvi örnək imicini, hədəfini itirməməlidir. Amma biz onu da bilirik və tarix də şahiddir ki, bəzi siyasi təşkilatların mübarizə üsulları, istifadə etdiyi texnologiyalar, dayaqlandığı maddi və mənəvi istinadlar ifrat zərərli olduğundan onlara qadağanlar da tətbiq edilir. İndiki halda biz qaragüruhun davranışının bu baxımdan ciddi müayinədən keçirilməli olduğunu hesab edirik. Gəncədə terror aktı törədən Yunis Səfərovu, onun davamçısı, iki polis zabitini qətlə yetirən Rəşad Böyükkişiyevi təqdir edən, milləti dövlətə qarşı qoyan, cəmiyyətin barış ruhunun ziddinə olaraq onu öz adındakı Cəbhə yarlığına uyğun yerlərə barrikadalara, səngərlərə çəkən qüvvələrin siyasi fəaliyyətlə məşğul olması demokratiyanın yox, dövlətin, qanunların ifrat güzəştinin nəticəsidir. Qaragüruhun piket adı altında hazırladığı təxribat planı isə baş tutmadı. Və yalnız ona görə baş tutmadı ki, asayişə cavabdehlər peşəkar davrandılar. Məsələn, məndə olan məlumata görə, Milli Şuranın və güruhun digər rəhbərlərinin piketə qatılmamasının başqa səbəbi də var. Burda polis provakasiyaya cəlb edilməli, toqquşma baş verməliydi. Əli və ayaqları isə özünü sığortalamaq üçün bura gəlməmişdilər. Dövlətin kiçik şəklində büdrəyən, amma böyük şəklində inadla addımlamaq iddiasına düşən Fuad Qəhramanlının piketin lideri kimi təqdim edilməsi də boşuna deyildi və mümkün provakasiyalara hesablanmışdı. Və nəhayət: Qaragüruh göstərdi ki, heç bir sivil rəftara hazır deyil. 50 nəfərlik piketlə də, 1000-5000-lik mitinqlə də eyni ibtidai dərrakəni ortaya qoyur. İstefa! Azadlıq! Nədən kimdən, kimin, nəyin, daha burası vacib deyil. Piketin əslində sırf başıpozuqluğu, idarəolunmazılığı ondan xəbər verir ki, güruh kütləvi səhnə üçün heç bir senariyə uyğunlaşa bilmir. Və nəticə də göz qabağındadır. Bütün mövcudluqları ilə 1989-90-cı illərin saralmış təqvim vərəqlərindən asılı qalan, öz üzərində işləməyən, yaxın tariximizin mitinq, küçə ovqatını siyasi pintiliyinin üfunətli qoltuqaltında daşıyan qara güruhu bu qiyafədə daha şəhərin mərkəzinə buraxmaq olmaz. Yaxşı deyil, qonaq var. Qara var. Adamın özünün bir mərifəti, qanacağı olmalıdır, ya yox. Axı biz rayondan Bakıya gələndə həmişə hazırlaşmışıq. Ən yaxşı, ən gözəl geyimlərimizi geyinmişik. Bizi başa salıblar ki, nəyi etmək olar ictimai yerlərdə, nəyi yox. Axı sabah kiminsə ağlına Baksovetin qabağında dana kəsmək də gələ bilər. İndiki halda dana yox, daaaaana olmaq aktualdır! Bəşəri daaaana, yəni ağıllı. Dünya 4-cü sənaye inqilabını yaşayır və o inqilab Əlilərin, ayağıların, Azərbaycana qaytarmaq istədiyi köhnə, nimdaş inqilab deyil. O gələcəkdir.
XƏBƏR LENTİ