Mirşahin Ağayev işdən çıxarılmayıb (EKSKLÜZİV)

MARAQLI
09:40 10.08.2011
2275

Məlumata görə, ANS prezidenti Vahid Mustafayevin əmri ilə televiziyanın Xəbərlər Xidmətinin baş redaktoru vəzifəsini icra edən Mirşahin Ağayev bu vəzifəsindən azad edilib. Onun yerinə şirkətin digər əməkdaşı, regionlar üzrə məsul şəxs olan Sevinc Osmanqızı təyin edilib.

 

Amma AZXEBER.COM-a ANS televiziyasından eksklüziv olaraq verilən məlumata görə, bu tamamən yanlış xəbərdir. Əslində Mirşahin Ağayev 15 günlük məzuniyyətə yollanıb. Bu müddətdə onun vəzifəsini Sevinc Osmanqızı icra edəcək. Mirşahin qayıtdıqdan sonra yenidən  televiziyanın Xəbərlər Xidmətinin baş redaktoru vəzifəsini icra edəcək.

OXŞAR XƏBƏRLƏR