15:29 Cümə Axşamı, 21 Fevral 2019
İDMAN

Mirça Luçesku istefaya göndərilib

17:11, 11.02.20192661
Mirça Luçesku istefaya göndərilib
2017-ci ilin yayından futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi olan Mirça Luçesku istefaya göndərilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb. 

Bildirilib ki, Türkiyə Futbol Federasiyası (TFF) və rumıniyalı mütəxəssis qarşılıqlı razılaşma ilə müqaviləyə xitam veriblər. 

Tərəflər arasında əldə olunan razılaşmaya görə, 74 yaşlı Luçesku TFF-dən 4 aylıq maaşını alacaq. 

Qeyd edək ki, Mirça Luçeskunu "Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin əvəzləyəcəyi gözlənilir. Bununla əlaqədar artıq TFF prezidenti mütəxəssislə görüşüb.
XƏBƏR LENTİ