Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku xəstəxanalıq olub.
Bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
80 yaşlı mütəxəssis ürək problemləri səbəbindən xəstəxanaya aparılıb. O, hazırda müşahidə altındadır.
Luçesku 2024-cü ilin yayından Rumıniya yığmasına rəhbərlik edir.










































