Miri Yusif Moskvada konsert verəcək

MAQAZİN
16:54 30.09.2013
1384
Noyabrın 3-də "AZE project" tanınmış azərbaycanlı musiqiçi Miri Yusifin konsertini keçirməyi planlaşdırır.

AZXEBER.COM xəbər verir ki, Miri Yusif "Mən Heçkiməm" solo proqramı ilə Moskvanın "Look in rooms" konsert zalında çıxış edəcək.Konsertdə eyni zamanda xüsusi qonaq qismində Azərbaycanın müasir di-cey nəslindən olan Dj China (Çingiz Mustafayev) da iştirak edəcək. Tədbirin təşkilatçıları "Azərbaycan Onlayn" ictimai qurumu, "Studentı Az" qrupu, sponsoru isə "Paxlava Haus" şirniyyat evidir .

OXŞAR XƏBƏRLƏR