Miri Yusifin “Üzbəüz”ü trend oldu

Miri Yusifin “Üzbəüz”ü trend oldu
MAQAZİN
14:41 31.03.2026
77
İyul ayında konsert verməyə hazırlaşan Xalq artisti Miri Yusifin "Üzbəüz” layihəsi maraq yaratmağa davam edir. 

AZXEBER.COM xəbər verir ki, musiqisi özünə, sözləri Orxan Abbasov və Emin Məmmədova məxsus "Üzbəüz" qısa zamanda trendlərdə yer alıb. 
 
"Üzbəüz” paylaşıldığı ilk gündən etibarən böyük maraq doğurub və qısa zamanda viral olub. Yüzlərlə sosial şəbəkə istifadəçisi mahnının nəqarəti ilə müxtəlif videolar hazırlayaraq paylaşır.

Süni intellektlə hazırlanmış layihə sənətçinin rəsmi YouTube kanalında və bütün əsas musiqi platformalarında yayımlanıb. Klip real hadisələr əsasında çəkilib və ssenarinin müəllifi də Miri Yusifdir. Ekran işində diqqətçəkən məqamlardan biri baş rolda Xalq artistinin oğlu Mir Hüseynin simasından istifadə olunmasıdır. Bu yanaşma layihəyə həm emosional, həm də texnoloji baxımdan fərqli çalar qatıb.

Bəstənin aranjemanı Kazım Can tərəfindən hazırlanıb. Layihənin süni intellekt üzrə direktoru isə Müseyib Qasımovdur.

Qeyd edək ki, Miri Yusif iyulun 3-4-5 tarixlərində Yaşıl Teatrda konsert verəcək.
OXŞAR XƏBƏRLƏR