Miri Yusifin prodüserini hədələyən şəxs saxlanıldı

MAQAZİN
12:34 25.01.2025
225
Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndini Xalq artistinin videolarını yayacağı ilə şantaj edən şəxs polis tərəfindən saxlanılıb. 

AZXEBER.COM xəbər verir ki, Emin Əfəndi bu barədə sosial media hesabında məlumat yayıb.

"Artıq mətbuatdan da bildiyiniz kimi, yanvarın 19-da üzləşdiyimiz xoşagəlməz hadisə ilə bağlı dərhal aidiyyəti orqanlara müraciət etmişdik. Daxili İşlər Nazirliyinin operativ reaksiyası və peşəkar yanaşması nəticəsində məsələ qısa zamanda öz həllini tapdı və hadisəni törədən şəxs artıq hüquq qarşısında cavab verir.

Bu məqamda Daxili İşlər Nazirliyinə, xüsusilə cənab nazir Vilayət Eyvazova dərin təşəkkürümüzü bildirmək istəyirik. Göstərilən  qətiyyət, peşəkarlıq və məsuliyyət bir daha ölkəmizin hüquq-mühafizə sisteminin etibarlılığını və effektivliyini sübut etdi”-, deyə Əfəndi qeyd edib. 

Qeyd edək ki, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Emin Məmməd oğlu Əfəndi ərizə ilə Yasamal RPİ-yə müraciət edib. O qeyd edib ki, yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə ona mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və hesabına 1000 manat pul tələb edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər