Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı

Miri Yusifin videolarını yayacağı ilə hədələyərək pul aldı
MAQAZİN
09:44 21.01.2025
288
Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi şantajla üzləşib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Emin Məmməd oğlu Əfəndi ərizə ilə Yasamal RPİ-yə müraciət edib.
 
O qeyd edib ki, yanvarın 19-u naməlum şəxs vatsap vasitəsilə ona mesaj yazaraq Miri Yusifin videolarını yayacağı ilə hədələyib və hesabına 1000 manat pul ödətdirib.

Müraciətlə bağlı ilkin əməliyyat-axtarış tədbirləri RPİ tərəfindən aparılır.
 

 


OXŞAR XƏBƏRLƏR