Mirkamil yenidən ürək əməliyyatı olunmalıdır

Mirkamil yenidən ürək əməliyyatı olunmalıdır
MAQAZİN
19:36 27.03.2025
450
Müğənni Mirkamil Kamilov uzun zaman müsahibə verib.
 
AZXEBER.COM xəbər verir ki, xarici görünüşündəki dəyişiklik ilə diqqət çəkən müğənni səhhətindən danşıb.
 
"Qonqcanlı" verilişinə danışan Mirkamil ikinci dəfə ürəyindən əməliyyat olunmalı olduğunu açıqlayıb. 

"Azərbaycanda ürək əməliyyatımı edə bilərlər. Sadəcə deyirlər, Türkiyə ilə danışıb oradan həkim tapsınlar. Ya da mənim öz həkimim var, o, farsdır, onu tapmaq çətin məsələdir. Yenə də əməliyyatdan olan çəkilişi İrandakı dostlarımıza yolladıq ki, Tehranda həkimin əlaqə nömrəsini tapsınlar. Mən də farsca bilmirəm, onların dilini bilən insan lazımdır. Danışsınlar ki, məni filan tarixdə əməliyyat edib. Bu, ikinci əməliyyat olacaq. O həkim bu işləri digərlərindən daha yaxşı edir. Çünki ilk dəfə məni həmin həkim əməliyyat edib. Bu da qəliz məsələdir, ona da vaxt lazımdır. İnşallah tapılar" deyə, Mirkamil bildirib.

Qeyd edək ki, populyarlıq qazanandan sonra pis vərdişləri olduğunu etiraf edən sənətçi 2014-cü ildə ürəyindən əməliyyat olunub. 
 
Aysel
OXŞAR XƏBƏRLƏR