Mirkamilin ürək əməliyyatının - VİDEOSU

MAQAZİN
11:35 07.01.2014
5605

Ürəyində ciddi problemi olan sənətçinin İranda baş tutan əməliyyatı uğurlu keçib.İfaçı artıq xəstəxanadan buraxılıb.Artıq Mirkamil Kamilovun səhhəti normallaşıb. Bu barədə əməkdar artist Aybəniz Haşımova məlumat verib. Həmçinin əməkdar artist ifaçıyla birlikdə fotolarını paylaşıb.

Əməkdar artist “Əslində şəkil paylaşmayacaqdım. Amma, bəzi ağzı göyçəklərə demək istəyirəm ki, heç kəsə pinə etməsinlər. Allah heç kəsin balasını belə sınağa çəkməsin. Körpə canıyla əlləşdi, bəzi tərbiyəsizlər isə az qaldı ki, Mirkamilə bəxtəvərlik versinlər. Bravo vallah, bunun adını nə qoyaq? Nə qədər gec deyil adam olun bəzi mərifətsizlər. Gözlərinin önündə böyüyən körpənin bu ağır gününə sevinc donu geyindirmək olmaz”- deyə şərh bildirib.

Mirkamilin əməlliyatı zamanı onu tək qoymayanlar sırasında millət vəkili Qənirə Paşayeva, Möhlət Müslimov, müğənni Lalə Məmmədova, əməkdar artist Elza Seyidcahan da olub. Aybəniz Haşımova dəstək olanlar haqqında belə deyir:

“ Xüsusilə, bu qədər işinin çoxluğuna baxmayaraq gənc balamıza göstərdiyi diqqətə görə dəyərli millət vəkili, bacım Qənirə Paşayevaya çox minnətdaram. Allah heç neyniyim, necə edim dedizdirməsin. Çünki, mən yad, qərib yerdə əməlliyata girmək nə demək olduğunu gördüm. İnsanın o anında onu axtarmaq, ona zəng etmək, onunla maraqlanmaq, çox böyük hörmət və diqqətdir. Zənglərinə görə dəyərli sənətkarlara- Möhlət Müslümov, Lalə Məmmədova, Elza Sevidcahana öz minnətdarlığımı bildirirəm”.

Əməkdar artistin qızı Aynişan isə əməlyyat anı çəkilən video görüntünü sosial şəbəkədə paylaşıb.

AZXEBER.COM sosial şəbəkədə yerləşdirilən video və səkilləri təqdim edir:

OXŞAR XƏBƏRLƏR