ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin AğayevinAzərbaycanı tərk etməsinin səbəbi məlum olub.
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov açıqlamasında deyib ki, Mirşahin Ağayev müayinə olunmaq üçün Türkiyəyə gedib.
"Mirşahin Ağayev xaricə birdəfəlik getməyib, 3-4 günə qayıdacaq. O, Türkiyəyə müayinə olunmaq üçün gedib”.
Xatırladaq ki, bir neçə saytda Mirşahin Ağayevin ölkəni tərk etməsini əks etdirən fotosu yayımlanıb.
///Publika.az