Mirşahinin yeni komandası - Tam siyahı

Mirşahinin yeni komandası - Tam siyahı
TOP4
10:26 13.03.2018
5798
Azərbaycan efir məkanında yeni televiziya -  "Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq. Bu barədə "Report”a Milli Televiziya və Radio Şurasından (MTRŞ) məlumat verilib. "Real” TV-nin "Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500 olacaq. 

Xatırladaq ki, MTRŞ-nin martın 5-də keçirilən iclasının qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı "Real” TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mirşahin Ağayevdir.

"Real” TV-nin kollektivi əsasən keçmiş ANS telekanalının əməkdaşlarından ibarətdir.  Onu da qeyd edək ki, bu layihədə Vahid Mustafayev və Mais Məmmədov yer almayıb.

Məlumat üçün bildirək ki, Real TV sırf xəbər kanalı olacaq və sutka ərzində saatbaşı xəbərlərlə  efirə çıxacaq. Burada şou tipli verilişlərin yayımı hələ ki nəzərdə tutulmayıb. Günün aktual xəbərləri ilə yanaşı, baş verən önəmli hadisələrə peşəkar yanaşmalar, müsahibələr də olacaq.

Komandada fəaliyyəti dayandırılmış ANS televiziyasının keçmiş əməkdaşlarından Afət Telmanqızı, Ləman Ələşrəfqızı, Eldəniz  Vəliyev, Mahir Məmmədli, Səbinə Ağayeva, Lalə Nurəddinqızı, Orxan Məmmədli, Ziya Babayev, Azər Qarayev, Vüsalə Xanməmmədqızı, Ayşəm Rüstəmova, Xatirə Məmmədova, Mehman Rəsulov, Natiq Nailoğlu və digərlərinin  təmsil olunduğu bildirilir.

Kanalın xəbər prinsipləri arasında dəqiqlik, obyektivlik, operativlik, qərəzsizlik başlıca yer tutur.

Komanda üzvlərindən aldığımız məlumata görə, "Real” TV sırf yeni maddi texniki baza üzərində qurulub, ANS TV-nin texniki avadanlıqlarından istifadə olunmayıb. Ümumiyyətlə, yeni kanalın öncəkinə heç bir aidiyyəti yoxdur.

TV-nin artıq reklam bazası da formalaşıb və efirə başladığı gündən reklamlar hesabına maliyyələşəcək.

Qeyd edək ki, televiziyanın ofisi Əhməd Rəcəbli küçəsində, 5 mərtəbəli binada yerləşir. Artıq texniki avadanlıqlar gətirilib və  ofisdə son hazırlıq işləri görülməkdədir. Televiziyanın bu həftə içində fəaliyyətə başlaması nəzərdə tutulsa da, dəqiq tarix hələ ki bəlli deyil.

"Real” TV-nin internet saytı da olacaq, artıq tvreal.az saytının fəaliyyətə başlaması da planlaşdırılır.
 
Musavat.com

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı