Mirzoyan: Ermənistan Avropa İttifaqına üzv olmağa çalışır

Mirzoyan: Ermənistan Avropa İttifaqına üzv olmağa çalışır
DÜNYA
11:17 28.10.2025
91
Ermənistan Avropa İttifaqına üzv olmağa can atır.

Bu haqda Ermənistan mediası ölkənin xarici işlər naziri Ararat Mirzoyana istinadən məlumat yayıb.

Mirzoyanın sözlərinə görə, bu istiqamətdə Xarici İşlər Nazirliyində Avropa inteqrasiyası departamenti də yaradılıb.

Bununla belə, nazir qeyd edib ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya səyləri ölkənin balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursuna zidd deyil.

"Bu addımlar bizim elan etdiyimiz balanslı və tarazlaşdırılmış xarici siyasət yanaşmamıza zidd şəkildə atılmır”, – diplomat vurğulayıb.
 
\APA
OXŞAR XƏBƏRLƏR