Mirzoyan: Ermənistanın Rusiya ilə münasibətlərində böhran yoxdur

Mirzoyan: Ermənistanın Rusiya ilə münasibətlərində böhran yoxdur
DÜNYA
20:40 08.02.2023
170
Rəsmi Moskva ilə münasibətlərdə böhran yoxdur.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliçlə keçirdiyi brifinqdə deyib.

Mirzoyan qeyd edib ki, Rusiya ilə Ermənistan arasındakı münasibətləri böhran adlandırmaq baş verənlərin həddindən artıq çox şişirdilməsidir: "Biz rusiyalı həmkarlarımızla daim əlaqə saxlayırıq. Zəngin iş gündəliyimizə daxil olan, həm razılaşdırılmış, həmçinin razılıq əldə olunmayan bütün məsələləri müzakirə edirik".

Nazir onu da əlavə edib ki, bəzi məsələlərdə, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyəti və siyasi qiymətləndirmə ilə bağlı fikir ayrılıqları var, lakin onlar ümumi müstəvidə müzakirəyə açıqdır.
OXŞAR XƏBƏRLƏR