Mişadan Ukrayna açıqlaması: Mənə əzab verən budur

Mişadan Ukrayna açıqlaması: Mənə əzab verən budur
DÜNYA
22:59 24.02.2024
330
Ukraynada olmamaq və onu qoruya bilməmək mənə əzab verir.

AZXEBER.COM axar.az-a istinadən bildirir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili Rusiyanın Ukraynaya hücumunun 2-ci ildönümü ilə bağlı sosial şəbəkə hesabında yazıb.

"Əziz Ukrayna, bu iki il ərzində mənə ən çox əzab verən odur ki, mən Ukraynada deyiləm və fəxr etdiyim və çox darıxdığım sevimli qəhrəman müdafiəçilərimlə çiyin-çiyinə sizi qorumaqdan məhrumam.

Tez, layiqli qələbə arzulayıram, buna bir an belə şübhə etmirəm", - o bildirib.
OXŞAR XƏBƏRLƏR