Misir HAMAS-a silahı təhvil vermək əvəzinə ondan istifadəni dayandırmağı təklif edib

Misir HAMAS-a silahı təhvil vermək əvəzinə ondan istifadəni dayandırmağı təklif edib
DÜNYA
23:27 08.10.2025
162
Qəzza zolağında atəşkəs danışıqlarında vasitəçilik edən Misir nümayəndələri HAMAS-a silahlarını təhvil vermək əvəzinə, onların istifadəsini müvəqqəti dayandırmağı təklif edib.

Bu barədə Misirin Dövlət İnformasiya Xidmətinin rəhbəri Diya Rəşvan məlumat verib.

"HƏMAS-ın tərksilah olunması məsələsində ciddi çətinliklər yarana bilər. Buna görə də Misir tərəfi Qəzzada silah tətbiqinin dayandırılmasını təklif edib. Hərəkat bu təşəbbüsə müsbət reaksiya verib”, - o deyib.

O, həmçinin tərəflərin hazırda İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasının və orada saxlanılan girovların azad edilməsinin necə əlaqələndiriləcəyini müzakirə etdiklərini deyib.
 
/APA
OXŞAR XƏBƏRLƏR