Məktəblərdə telefon qadağasına da münasibət bildirən təhsil naziri deyib ki, bununla bağlı hələlik hər hansı bir əmr yoxdur: “Amma fikrim bundan ibarətdir ki, nə şagird, nə də müəllim dərs prosesində telefondan istifadə etməlidir”. Təhsil naziri Azərbaycanda 12 illik təhsilə keçid məsələsinə də münasibət bildirib. O qeyd edib ki, “Azərbaycan-2020: Gələcəyə baxış” konsepsiyasında 12 illik təhsil sisteminə keçid nəzərdə tutulub. Nazirin sözlərinə görə, buna uyğun olaraq gələcəkdə 12 illik təhsilə keçiləcək.