Misir Mərdanov yeni təhsil naziri haqda danışdı

SİYASƏT
11:45 06.05.2013
3334

"Əminəm ki, yeni təhsil naziri Mikayıl Cabbarov cənab Prezidentin etimadını doğruldacaq".

Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə sabiq təhsil naziri, AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoruMisir Mərdanovdeyib. Mərdanov bildirib ki, hər kəs yeni təhsil nazirinə kömək etməlidir: "Yeni naziri təbrik edirəm. Hər birimiz ona kömək etməliyik. Çünki təhsil bir idarənin, müəssisənin işi deyil, milli məsələdir". Mərdanov həmçinin deyib ki, bundan sonra da ictimai-siyasi fəaliyyətlə fəal məşğul olacaq. "Hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüyəm. Bundan sonra da bütün tədbirlərdə fəal iştirak etmək fikrindəyəm". Cənab Prezidentin məlum sərəncamlarını yüksək qiymətləndirən Mərdanov deyib ki, bundan sonra yeni vəzifəsində də Prezidentin etimadını doğrultmağa çalışacaq: "Mən 5 il ulu öndərin, 10 il isə cənab Prezidentin rəhbərliyi altında təhsil naziri vəzifəsində çalışmışam. Həmişə çalışmışam ki, onların etimadını doğruldum. 67 yaşlı bir professorun bir vəzifədən digər məsul vəzifəyə keçirilməsini yüksək qarşıladım. Bunu özümə həmişəki kimi cənab Prezidentin diqqəti və qayğısı kimi qiymətləndirdim".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb