Təhsil naziri Misir Mərdanovun sabiq müavini İradə Hüseynova mətbuata hazırda nə işlə məşğul olduğunu açıqlayıb. “Mən hazırda pedaqoji fəaliyyətlə məşğulam”.
Bunu APA-ya açıqlamasında Azərbaycan təhsil nazirinin sabiq müavini İradə Hüseynova deyib.
O, Bakı Dövlət Universitetində (BDU) çalışdığını, həmçinin hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü kimi fəaliyyətini davam etdirdiyini bildirib: “Hər şey yaxşıdır, heç bir problem yoxdur”.
İ.Hüseynova işdən çıxarılmasının səbəbləri barədə danışmaq istəməyib.
Qeyd edək ki, tarix elmləri doktoru, professor İradə Hüseynova 2002-ci il avqust ayından 2011-ci ilin sentyabrın ortalarına qədər təhsil nazirinin müavini işləyib.