O,ölkə Ana Yasasında səlahiyyətlərinin artırılmasının müvəqqəti olduğunu bildiribMisir prezidenti Məhəmməd Mursi Hakimlərin Ali Şurasının üzvləri ilə görüşüb.Ölkə Ana Yasası qətnaməsində prezidentin səlahiyyətlərinin müvəqqəti xarakter daşıdığını deyib.Qeyd edək, noyabrın 22-də o, ölkənin mövcud Əsas qanununa əlavə və dəyişiklikləri təsdiqləmişdi. İslahat tərəfdarları onu bu addımına görə «yeni firon» adlandırıb.Hakimlər kollegiyası onu da bildirib ki, ölkə üzrə bütün hakimlər, prokurorluq, yeni Ana Yasaya etiraz olaraq, noyabrın 28-dən etibarən tətil başlayacaq.