Misir prezidenti Məhəmməd Mursiyə qarşı çıxış edən ölkə müxalifətinin fəalları kosmosa göndərməklə ondan xilas olacaqlarına ümid edirlər.AZXEBER.COM-un RİA Novosti-yə istinadən xəbər verir ki, hərəkat iştirakçıları əsas mükafatı kosmosa səyahət olan müsabiqədə Mursinin adından iştirak ərizəsi yerləşdiriblər.Müsabiqə iştirakçısı 22 xoşbəxt insan sırasına daxil olmaq üçün əvvəlcə Facebook-da hamıdan çox səs toplamalı, daha sonra ölkəsinin adından yarışda iştirak etməlidir.Müxalifət fəalları onların etimadını doğrultmayan ölkə prezidentindən qurtulmaq üçün Mursininin namizədliyini dəstəkləməyə çağırıblar.Müsabiqə kişi kosmetik məhsullar istehsalçısı Axe tərəfindən keçirilir. Tədbirin məsləhətçisi qismində Amerikanın Ayda olan astronavtı Bazz Oldrin çıxış edir.