Misirin İsgəndəriyyə əyalətində 13 mərtəbəli bina çöküb.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bina tamamilə dağılıb.
Binanın çökməsi nəticəsində küçədəki avtomobillərə xeyli ziyan dəyib.
Qeyd edilib ki, hadisə nəticəsində yaralananlar var, eləcə də dağıntılar altında qalanların olduğu ehtimal olunur.
Hadisənin başvermə səbəbi barədə hələ ki, məlumat yoxdur.