​Misirdə mebel fabrikində yanğın: 24 ölü, 24 yaralı

DÜNYA
21:12 28.07.2015
996

Misirin paytaxtı Qahirə şəhərinin yaxınlığında yerləşən əl-Ubur şəhərindəki mebel fabrikində baş vermiş yanğın nəticəsində 24 nəfər ölüb, 24 nəfər yaralanıb.

AZXEBER.COM "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Misir Səhiyyə Nazirliyinin nümayəndəsi bildirib.

Yanğın günün birinci yarısında başlayıb. Alov tez bir zamanda böyük ərazini əhatə edib, onlarla insan çıxılmaz vəziyyətdə qalıb.

Nazirliyin məlumatına görə, xəstəxanalara kritik vəziyyətdə çatdırılan bir neçə şəxs bir qədər sonra dünyasını dəyişib. 

OXŞAR XƏBƏRLƏR