Misirdə mühasirəyə düşən türk jurnalist vəsiyyət etdi
DÜNYA
03:15 18.08.2013
1207
Misirdə rejim əleyhdarları təxminən 400 nəfərlik qrup təhlükəsizlik qüvvələrinin hücumundan qaçaraq bir məsciddə sığınıblar. AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, qrup arasında türkiyəli jurnalist Mətn Turan da var.Son vəziyyəti “Twitter” sosial şəbəkəsində paylaşan M. Turan qeyd edib ki, məsciddə sığınan insanları ölüm gözləyir: “Onlar öləcəklərini bildikləri üçün qollarına öz adlarını və ailələrinin telefonlarını yazıblar”.