Misirdə qandonduran olay: 8 yaşlı uşağın əllərini kəsib...

Misirdə qandonduran olay: 8 yaşlı uşağın əllərini kəsib...
DÜNYA
14:56 09.07.2024
182
Misirdə əlləri kəsilən 8 yaşlı uşağın cansız cəsədinin tapılması ölkəni şoka salıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, uşağın atası dörd gündür itkin düşən uşağının cəsədini Asit şəhərindəki əkinçilik sahəsində tapıb.

Polis qətllə bağlı uşağın qohumlarını saxlayıb.

Şübhəlilərdən ikisi cinayəti bir kəşfiyyatçıya uşağın əllərini satmaq üçün törətdiklərini bildirib.

Qeyd edək ki, qətl hadisəsi Misirdə böyük hiddətə səbəb olub.
 
Bir çox insanlar cinayətkarların sərt cəzalandırılmasını tələb ediblər.
 
Nəzrin
OXŞAR XƏBƏRLƏR