Misirdə toqquşmalarda ölənlərin sayı 500-ü keçib

DÜNYA
17:30 15.08.2013
1002
Misirdə Mürsi tərəfdarları ilə polis arasında gedən toqquşmalar zamanı ölənlərin sayı artır.
AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, həlak olanların sayı 525-ə çatıb.Bundan əvvəl isə 464 nəfərin oldürüldüyü, bunlardan da 43-nün polis olduğu bildirilirdi. İslamçılar Misir Daxili İşlər Nazirliyinin və ordunun onlara qarşı odlu silahdan istifadə etdiklərini bildirirlər.Nümayişçilər sıralarında təxminən 3 min nəfərin öldüyünü bildirir. Misir hakimiyyəti fövqəladə vəziyyət və komendant saatı elan edib. Vəziyyət sabitləşənədək komendant saatının davam edəcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR