Misirdə turistlər avtoqəzaya düşüb: xəsarət alanlar arasında iki azərbaycanlı var

Misirdə turistlər avtoqəzaya düşüb: xəsarət alanlar arasında iki azərbaycanlı var
DÜNYA
18:00 14.11.2025
94
Misirdə Əl-Quseyr və Marsa Alam kurortları arasında turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar arasında iki Azərbaycan vətəndaşı var.

"Turist mikroavtobusu Əl-Quseyr və Marsa Alam kurortları arasında minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində 1 Misir vətəndaşı ölüb, 5 rusiyalı turist və 2 Azərbaycan vətəndaşı daxil olmaqla 7 nəfər xəsarət alıb. Yaralılar arasında 1 Almaniya vətəndaşı da var", - nəşr yazıb.

Qeyd edilib ki, xəsarət alanlar Əl-Quseyr mərkəzi xəstəxanasına çatdırılıb.
 
///report
OXŞAR XƏBƏRLƏR